Azərbaycan-Özbəkistan ikitərəfli sənədlər paketi imzalanıb
23 Avqust 2024
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında aparılan danışıqların yekunlarına əsasən, ikitərəfli sənədlər paketi imzalanıb.
İki ölkə liderləri Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqaviləni, eləcə də Ali Dövlətlərarası Şuranın birinci iclasının Qərarını imzalayıblar.
Bundan əlavə, aşağıdakılar imzalanıb:
2024-2026-cı illərdə turizm sahəsində əməkdaşlıq üzrə fəaliyyət planı və eyni dövr üçün mədəni və humanitar əməkdaşlıq üzrə Yol Xəritəsi;
- Məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol.
- Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı;
- İki ölkənin məhkəmə ekspertizası orqanları arasında əməkdaşlıq haqqında Protokol;
- Azərbaycan Daxili İşlər Nazirliyi və Özbəkistan Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş;
- Bir-birinin ərazisində müvəqqəti işləyən vətəndaşların əmək fəaliyyəti və əmək hüquqlarının müdafiəsi haqqında hökumətlərarası saziş;
- 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üzrə Tədbirlər Planı;
- İki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı;
- Bakı və Daşkənd, Beyləqan və Şəhrisəbz, Quba və Cizak şəhərləri arasında əməkdaşlığa dair sənədlər;
- SOCAR-la “Özbəkneftqaz” arasında əməkdaşlığın əsas şərtləri haqqında Saziş imzalanıb.
- “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” imzalanıb.