Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan ordusunun kapitanı qəfil vəfat etdi - FOTO

Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib. 

“Unikal” xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və ölüb. 

Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun ölüm səbəbinin ürəktutmadan olduğu bildirilib. 

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!