Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan nümayəndə heyəti İrəvana gedə bilər?

Avronest Parlament Assambleyası bürosunun iclası 19-22 fevral tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.

Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Assambleyanın siyasi, insan hüquqları və demokratiya, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti, sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə daimi komissiyalarının, Avronest Parlament Assambleyasının və Şərq Tərəfdaşlığının üzvləri Ermənistana səfər edəcək.

Qəzet yazır ki, Azərbaycan da ilkin olaraq iclasda iştirakını təsdiq edib və Azərbaycan nümayəndə heyətinin İrəvana səfər edəcəyi istisna edilmir.