Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan millisindən ardıcıl 5-ci qələbə - VİDEOLAR

Bu gün futbol üzrə milli komandamız növbəti yoxlama oyununa çıxıb. Canni de Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Ardıcıl 4 qələbə qazanaraq tarixinin rekorduna imza atan millimiz seriyasını 5-ə çatdırmağa müvəffəq olub. Halbuki görüşdə hesabı ev sahibləri açıb. Buna üç qolla qarşılıq verən komandamız həm heç vaxt uda bilmədiyi Şimali Makedoniyanı məğlub edib, həm də ili qalibiyyətlə başa vurub.

Şimali Makedoniya - Azərbaycan - 1:3

Qollar: Bardhi, 25  - Elvin Cəfərquliyev, 38; Musa Qurbanlı, 65; Ramil Şeydayev, 89

Qırmızı vərəqələr: Boban Nikolov, 52 - Höccət Haqverdi, 75