Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb

Gürcüstanın Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edir.

Görüşdə regional təhlükəsizlik məsələləri, ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, hərbi təlimlərdə birgə iştirak məsələləri müzakirə edilir.

Görüşdən sonra müdafiə nazirlərinin mətbuata birgə açıqlaması gözlənilir.(APA)