Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Ermənistandan nə tələb edir? – Paşinyanın qəzeti “siyahını” açıqladı

Baş redaktoru Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan olan “Haykakan Jamanak” qəzeti tələblərin siyahısını dərc edib:

✔“Dağlıq Qarabağ ordusu” buraxılmalıdır;

✔ Dağlıq Qarabağ heç bir muxtariyyət olmadan (sıfır statuslu) Azərbaycanın bir hissəsi kimi tanınmalıdır;

✔ Ermənistan ərazisindən dəhliz açılmalıdır;

✔ 1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlanılmalıdır (hansı konkret xəritələrdan söhbət getdiyi hələ məlum deyil);

✔  Hər iki müharibədə itkin düşmüş azərbaycanlıların taleyini öyrənilməlidir (guya ki, bu, Ermənistanı hərbi cinayətlərdə ittiham etmək niyyəti güdür).

Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir (inandırılmalıdır).

Qəzet həmçinin yaxın gələcəkdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının istədiklərini dərc edəcəyinə söz verib.