Azərbaycan diasporunun rəhbəri "Navalnıya dəstək" ittihamı ilə Rusiya vətəndaşlığından çıxarılıb
20 Avqust 2025
Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və Rusiya Federasiyasına girişinə qadağa qoyulub.
Rusiya mediasına görə, səbəb kimi onun etnik separatizmi və Navalnının fəaliyyətini təbliğ etməsi göstərilir.
Xankişiyev tərəvəz və meyvə ticarəti ilə məşğul olan tanınmış işadamı, restorator və "Fruitdom", "Fruit House", "Nar&Sharab", "Kaspiy" şirkətlərinin təsisçisidir.
Bundan əvvəl Moskva vilayətinin diaspor rəhbəri Elşən İbrahimovun da Rusiya pasportu alınıb, digər iki nüfuzlu azərbaycanlı - Şahin Şıxlinski və Yusif Xəlilov isə həbs edilib.