Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan daha 17 erməni hərbçini geri qaytarıb

Azərbaycan 17 erməni hərbi əsiri İrəvana geri qaytarıb.

TASS xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Azərbaycan tərəfi ABŞ-ın vasitəçiliyi ilə 17 hərbi əsiri Ermənistan tərəfinə qaytarıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarıb.

Təhvil verilən ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bir neçə dəfə saxlanılan erməni hərbçiləri geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib. Belə ki, Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bundan başqa, Ermənistanın son təxribatından sonra isə ümumilikdə 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.