“Azərbaycan bir olsun, istəməyən kor olsun” - Gecənin şüarı...
03 Noyabr 2022
“İmarət” Azarkeş Qrupu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu ilə bağlı azarkeşlərə çağırış edib.
Bununla bağlı fanqrup üzvləri sosial şəbəkədə məlumat yayıb. Azarkeşlər qeyd edib ki, stadionda “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarı səsləndirəcəklər.
Onlar hər kəsi bu şüarı səsləndirməyə çağırıb.
