Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan AŞPA-nı parlament seçkilərinə dəvət etməyib

Avropa Şurası Parlament Assambleyasına sentyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Bu barədə Turan agentliyinə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə məlumat verib.

O, bu qərarın səbəblərini şərh etməyib. Eyni zamanda Hacızadə bildirib ki, seçkilərin monitorinqi üçün ATƏT DTİHB, MDB, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatına dəvət göndərilib. 

Qeyd edək ki, Azərbaycan AŞPA nümayəndə heyətini bu ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün dəvət etməyib.

AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinə 1 il müddətinə xitam verilməsinin səbəblərindən biri olub.