Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZAL-ın təyyarə qəzasında sağ qalan Nurullah Siracov vəfat edib

Mənbə: APA

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.