Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZAL: Bakıdan Moskvaya uçuşların bərpası ilə bağlı xəbər yalandır

Azərbaycandan Moskvaya uçuşların bərpa olunması xəbəri yalandır.



Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.