Avstriya üç Rusiya diplomatını "persona non-grata" elan edib
04 May 2026
Avstriya üç Rusiya diplomatını "persona non-grata" elan edib.
“Reuters” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger bildirib.
Onun sözlərinə görə, bu qərar diplomatik binanın damlarında casusluq üçün istifadə oluna bilən çoxsaylı antenalara görə qəbul edilib: "Diplomatik toxunulmazlıqdan casusluq üçün istifadə edilməsi yolverilməzdir".
Nazir diplomatların artıq ölkəni tərk etdiyini qeyd edib.
Agentliyin məlumatına görə, 2020-ci ildən bəri Avstriya tərəfindən ölkədən çıxarılan Rusiya diplomatlarının sayı 14-ə çatıb.