Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avroviziya Latın Amerikasında keçirilə bilər?

Reytinqlərə inansaq, beynəlxalq mahnı müsabiqəsi olan Eurovisionun ən çox pərəstişkarı Latın Amerikasında yaşayır.

Avropa Yayım Birliyi (EBU) Latın Amerikasında Eurovision-a ev sahibliyi etmək niyyətindədir. Bu barədə onların saytında məlumat verilib.

İcraçı nəzarətçi Martin Österdal deyir:

“Avroviziyanın unikal formatı hər il bütün dünyada yeni pərəstişkarları qazanır və biz dünyanın bir çox müxtəlif bölgəsində brendi genişləndirmək üçün səbirsizlənirik.

Xüsusilə, keçənilki “YouTube” Beynəlxalq Mahnı Müsabiqəsi bütün dünyada 75 milyon istifadəçi tərəfindən izlənilib, Latın Amerikası iştirakçı olmayan ölkələr üçün ən yüksək performans göstərən bazarlar sırasındadır. Onların arasında ən çox məzmun baxışı Argentina, Braziliya, Çili və Meksikada müşahidə olunub."

Beləliklə, prodüserlər yaxın aylarda Latın Amerikasında ən populyar bazarlar arasında Avroviziyaya ev sahibliyi edən şəhərin axtarışına başlayacaqlar.

Xatırladaq ki, bundan əvvəl Boris Conson 2023-cü ildə Avroviziya mahnı müsabiqəsinin Ukraynada keçirilməsinə çağırış etmişdi.