Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Avropanın əxlaq dərsi vermək istəyi riyakarlıqdır” - FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino sabah Qətərdə start götürəcək futbol üzrə dünya çempionatında miqrant işçilərin hüquqlarına görə Avropanın narahatlığını, əxlaq dərsi vermək istəyini riyakarlıq adlandırıb.

“Əgər avropalılar, həqiqətən də, bu insanların taleyi ilə maraqlanırlarsa, o zaman qanuni kanallar yarada bilərlər ki, bu işçilər Avropaya köçüb daha yaxşı iş tapsınlar. Onlara bir az gələcək, bir az ümid verin. Avropanın əxlaq dərsi vermək istəyi, sadəcə, riyakarlıqdır. Maraqlıdır, Qətərin 2016-cı ildən bəri əldə etdiyi irəliləyişi niyə heç kim görmür?

Tənqidi anlamaq mənim üçün çətindir. Biz bu insanlara kömək etməli, təhsilə sərmayə qoymalı, onlara daha yaxşı gələcək və daha çox ümid verməliyik. Bəli, hər şey mükəmməl deyil, lakin islahatlar və dəyişikliklər vaxt tələb edir", - deyə C.İnfantino bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Turnirə Qətərin ev sahibliyi etməsi insan haqlarının pozulması, miqrant işçilərin aşağı maaşı və dünya çempionatının təşkili ilə bağlı ciddi tənqidlərə məruz qalıb.