Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropada təbii qazın qiyməti 900 dolları keçdi

Avropa birjalarında təbii qazın qiymətləri yenidən 900 dollar həddini keçib.

Niderlandın TTF habında qazın min kubmetri 912 dollara çatıb.

Son məlumatlara əsasən, təbii qaz birjalarda bir qədər ucuzlaşaraq 890 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz ötən həftə 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.