Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa qışdan çıxa biləcəkmi? – “Bloomberg” 5 amili sadaladı

“Avropanın Rusiyadan qaz tədarükü olmadan qışı normal keçirə biləcəyini müəyyən edən beş amil var.

Bu barədə “Bloomberg” bunu əsaslandırmağa çalışıb:

“Avropada gözlənilməz hava şəraitinin, o cümlədən anomal soyuqların olması riski var.

Həmçinin, Avropada yayın istisindən və quraqlıqdan çox təsirləndiyi üçün su və atom elektrik stansiyalarının regionun elektrik enerjisinə olan tələbatını ödəyə biləcəyinə heç bir zəmanət yoxdur”.

Nəşrin yazdığına görə, digər amil mayeləşdirilmiş təbii qazın mümkün çatışmazlığıdır:

“Bundan əlavə, Avropa ölkələri fövqəladə hallar, məsələn, yanğınlar nəticəsində iri elektrik obyektlərində qəfil dayanmalardan sığortalanmayıb”.

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Almaniya və Avropa Rusiyanın ittifaq ölkələrinə qaz nəqlini tamamilə kəsməsinə hazırdır.