Avropa Parlamentinə yeni prezident seçilib
18 Yanvar 2022
Avropa Parlamentinin yeni prezidenti maltalı deputat Roberta Metsola olub.
Bu gün keçirilən seçkidə 616 parlamentaridən 458-i ona səs verib. R.Metsola, vitse-prezidenti olduğu sələfi David Sassolinin vəfatından bəri prezident səlahiyyətlərini icra edirdi. 43 yaşlı R.Metsola qanunverici orqanın tarixində bu vəzifəni tutan ən gənc şəxs və son 20 ildə bu posta seçilən ilk qadındır.
Qeyd edək ki, Avropa Xalq Partiyası (EPP) fraksiyasından olan yeni prezident 2013-cü ildən bəri Avropa Parlamentinin üzvüdür. O, Avropa Parlamentinin sədri kimi qanunverici orqanın plenar iclaslarının fəaliyyətinə rəhbərlik edəcək, iclaslar zamanı asayişi qoruyacaq. Prezident həmçinin çıxış edənlərə söz verir, qanunları imzalayır və adətən Aİ sammitlərinin açılışında çıxış edir.
Seçkinin vaxtının daha əvvəlki Prezident David Sassolinin ölümü ilə əlaqəsi yoxdur. David Sassoli yanvarın sonunda - iki il yarım vəzifədə qaldıqdan sonra - hakimiyyət bölgüsü razılaşmasına əsasən bu postdan getməli idi.
Xatırladaq ki, Avropa Parlamentinin sabiq prezidenti David Sassoli yanvarın 11-də onkoloji xəstəlikdən vəfat edib.