Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Məhkəməsindən Azərbaycana yeni cərimələr

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 6-da Azərbaycana yeni cərimələr elan edib. Aihmaz.org xəbər verir ki, müxalifətçilər Mustafa Hacıbəyli, Hüseyn Məlikov, Rafiq Daşdəmirov, Tofiq Yaqublu, Rafiq Manaflı və Gülağa Aslanlının ümumilikdə üç şikayəti Bakıda kütləvi aksiya keçirmələrinə imkan yaradılmaması ilə bağlı olub.

Avropa Məhkəməsi ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan toplaşmaq hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara əsasən, Azərbaycan dövləti 6 ərizəçiyə ümumilikdə 13500 avro mənəvi təzminat ödəməlidir. Hüquqi xidmətlərə görə hər üç ərizə üçün 1500 avro ödəniş, Tofiq Yaqubluya 55 avro, Gülağa Aslanlıya 70 avro verilməsi də nəzərdə tutulur.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.