Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq
08 Sentyabr 2022
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.
G qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Frayburq”la görüşəcək. Təmsilçimiz Almaniya Bundesliqasının rəqibi ilə görüşə sensasiyaya imza atmaq üçün yollanıb. Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edən ağdamlılar səfərdən ən azı bir xalla dönmək arzusundadır.
Qarşılaşma Frayburqdakı “Volfsvinkel” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.
Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu