Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Komissiyasından Ukraynaya yardım

Avropa Komissiyası (AK) Ukraynada müharibə nəticəsində dağılmış məktəblərin bərpası üçün 100 milyon avro ayırıb.

Bu barədə AK-nin tviter səhifəsində məlumat paylaşıb.

“Ukraynanın gələcəyi onun məktəblərindən başlayır. Biz 100 milyon avro ayırmaqla zərər görmüş Ukrayna məktəblərinin bərpa edilməsini dəstəkləyəcəyik və yeni imkanlar yaradacağıq. Biz həmçinin Ukraynada böhran şəraitində təhsilin təmin edilməsi məqsədilə Aİ-nin humanitar maliyyə vəsaitinin 10%-ni mülki müdafiə və humanitar yardım üçün istifadə edəcəyik”, - paylaşımda yazılıb.