Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı qlobal sanksiyalar rejimini saxlayıb

Dekabrın 5-də Avropa İttifaqı Şurası insan hüquqlarının ciddi pozulmasına və sui-istifadə hallarına görə sanksiyalara məruz qalan şəxslərin, təşkilatların və orqanların siyahısını yeniləmək və bir il uzatmaq qərarına gəlib.

Son yeniləmələrlə sanksiyalar 116 şəxsə və 33 təşkilata şamil edilir. Bu barədə Avropa İttifaqının saytındakı məlumatda deyilir.

Sözügedən şəxslər aktivlərin dondurulmasına məruz qalırlar və Avropa İttifaqı şəxslərinə və təşkilatlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi  resurslar vermək qadağan edilib. Bundan əlavə, siyahıda göstərilən fiziki şəxslərə Avropa İttifaqına səyahət qadağası tətbiq olunur.

Avropa İttifaqının sanksiyalarına məruz qalanların arasında Rusiya, Belarus, Birma, Haiti, əfqanıstan və digər ölkələrin rəsmi şəxsləri, həmçinin insan hüquqlarının pozulmasında hakimiyyət orqanlarına kömək edən özəl strukturlar var.