Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
31 Avqust 2025
Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Belə ki o, Kuyundziç Mariyananın Azərbaycan üzrə Avropa İttifaqının səfiri təyin olunduğunu bəyan edib.
Mariyana hazırda Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) nümayəndəsi kimi fəaliyyət göstərir.
O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı keçmiş səfiri Peter Mixalko dörd illik diplomatik fəaliyyətini başa vurandan sonra avqust ayında ölkəni tərk edib.