Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Avromed” ölkədən çıxardığı valyutanı geri qaytarmayıb - Millət vəkilinin yaratdığı şirkətdə nə baş verir?

Millət vəkili Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC barəsində protokol tərtib edilib.



Şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, “Avromed Company” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.





Deputat Cavanşir Feyziyevin köməkçisi Akif Salam bildirib ki, "Avromed" hazırda deputata məxsus deyil: "Cavanşir Feyziyev 2002-2010-cu illərdə şirkətin direktoru və həmtəsisçisi olub. 2010-cu ildə IV çağırış Milli Məclisə üzv seçilməklə əlaqədar direktor vəzifəsindən azad olunub. 2016-cı ildə isə Avromed şirkətindəki səhmlərini satıb və o vaxtdan etibarən şirkətlə heç bir əlaqəsi yoxdur”. (Qafqazinfo)