AVRO-2024: Almaniya və İsveçrə növbəti mərhələdə
24 İyun 2024
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda A qrupunun oyunları başa çatıb.
Frankfurtdakı "Valdştadion"da keçirilən İsveçrə - Almaniya görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa edib.
Ştutqartdakı "MHP Arena"da keçirilən Şotlandiya - Macarıstan matçı isə macarların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib.
Bu nəticələrdən sonra A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5-3 | 4 |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |