ATƏT DTİHB Azərbaycanda seçkiləri müşahidə etmək üçün 300 nəfərlik vakansiya elan edib
11 İyul 2024
"2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvətdən sonra və mandatına uyğun olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) bu seçkilər üçün Seçki Müşahidə Missiyasını (SMM) yerləşdirməyə hazırlaşır", bu barədə qurumun press-relizində deyilir.
Sənəddə qeyd edilir ki, DTİHB missiya üçün siyasət, hüquq, seçkilər, media sahəsində analitik, uzunmüddətli müşahidəçilərin koordinatoru, habelə missiya rəhbəri və onun müavini vakansiyalarını elan edib.
Yeddi həftəlik müvəqqəti müqavilələr bağlanacaq. Sənədlərin təqdim ediləcəyi son tarix 17 iyul 2024-cü ildir.
Missiyanın tərkibinə 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçinin daxil olacağı gözlənilir.