Logo
news content
User
Kateqoriyalar

Xəbər

Atası Fransada, oğlu... Əlcəzairdə

Fransa millisinin və "Real"ın (İspaniya) sabiq futbolçusu Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidan vətəndaşlığını dəyişib.

“BBC Sports” xəbər verir ki, 27 yaşlı qolkiper Fransa vətəndaşlığıdan Əlcəzair vətəndaşlığına keçərək Afrika təmsilçisinin yığmasında oynamağı qərarlaşdırıb.

O, bunun üçün artıq FIFA-dan icazə alıb.

Qeyd edək ki, Luka Zidan Fransanın gənclər və yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib. Bu mövsüm o, "Qranada"nın (İspaniya) heyətində 4 oyun keçirib və 10 qol buraxıb.