Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Atamla anam şəhid olduğunu 11 gün sonra bildim” - VİDEO

"Həmin vaxt yatmışdım. Öz evimizdə deyildim. Gecə bir anlıq anamın səsi qulağıma gəldi".

Bu sözləri 2020-ci il, oktyabrın 11-də Gəncə şəhərinin bombalanması zamanı ata və anasını itirən 10 yaşlı Hüseyn Əliyev deyib.



H.Əliyev bildirib ki, həmin gecə evlərində qalmadığı üçün ana-atasını görməyib, onları soruşanda da yaxşı olduqlarını deyiblər:

"Soruşdum anam gəlib? Dedilər, yox. Gördüm, hamı ağlayır. Dedim, niyə ağlayırsınız? Atama-anama nə isə olub? Dedilər, anan yaxşıdır, atanın qolu sınıb. Tam 11 gün sonra bildim ki, valideynlərim şəhid olub. İndi dağılan evimizi görəndə pis oluram. Atam, anam üçün çox darıxıram".

"2 ildən sonra öz yaşadığım evə gəlirəm. Məktəb dəftərimi tapdım. Həmin dəftərdə bayraq çəkmişəm, Vətən yazmışam".

Xatırladaq ki, 2020-ci ilin 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror zamanı Hüseynin valideynləri Anar və Nurçin Əliyevlər şəhid olub. Ailənin Hüseyndən başqa Sevil adlı qız övladı da yadigar qalıb.