Logo
news content
User
Kateqoriyalar

Xəbər

Astroloq müharibənin bitəcəyi vaxtı açıqladı

“Rusiyanın özünün daxilində güc işlədilməsi ehtimalı var”

“Ukraynada hərbi əməliyyatlar aprelin sonunda dayana bilər”. Bu proqnozu ukraynalı astroloq Medvedka açıqlayıb. Astroloq bildirib ki, martın 29-dək Mars və Uran arasında gərginlik yaşanacaq. Bu səbəbdən, Ukrayna müdafiəçilərinin işğalçıya qarşı mübarizəsi ən sərt formada davam edəcək.

Mars, hakimiyyət, strategiya, struktur və məhdudiyyətlər planeti olan Saturnla əlaqəyə keçməyə başladıqda isə vəziyyət yaxıya doğru dəyişəcək.

"Onların birləşməsi və ayrılması aprelin ortalarına qədər uzanacaq. Hər şey yolunda getsə, bu, hərbi təcavüzün düşünülmüş strateji addımlarla əvəzlənməsi ilə nəticələnəcək", - astroloq yazır.

Planetlərin birləşməsi Dolça işarəsi – təcavüzkar ölkənin bürcü - altında baş verəcəyi üçün Rusiyanın özünün daxilində güc işlədilməsi ehtimalı var.

"Aprelin ikinci yarısında vəziyyətin xeyli dərəcədə yaxşılaşacağı, hətta hərbi əməliyyatların tamamilə dayanacağı gözlənilir", - deyə Medvedka proqnoz verib.