Logo
news content
User
Kateqoriyalar

Xəbər

Assosiasiya Bakıda beynəlxalq konfrans keçirib - FOTO

Bu gün Bakıda “Hilton” Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, tanımış hüquqşünaslar, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən qonaqlar iştirak edib.

Əvvəlcə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb və beynəlxalq konfransın əhəmiyyətindən danışıb. İlham Rəhimov bildirib ki, yeni reallıqlar  cinayət hüququna yeni yanaşmalar zəruri edir. "Konfransda yeni reallıqlara uyğun cinayət hüququna və fəlsəfəsinə yeni baxışlar,  yanaşmalar, buna uyğun olaraq hansı addımların atılması kimi məsələlər müzakirə olunacaq",- deyə İ.Rəhimov bildirib.

Konfransda Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, professor Natalya Lopaşenko “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz hadisələr haqqında düşüncələr” professor Xanlar Ələkbərov “Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda çıxış edib. Daha sonra məruzəçilərə çoxsaylı suallar ünvanlıb, konfrans diskusiya şəraitində davam edib.

Pressklub.az