Logo
news content
User
Kateqoriyalar

Xəbər

Arda Turan karyerasına son qoydu

Türkiyə futbolçu Arda Turan karyerasını başa vurub.

Bu barədə onun həyat yoldaşı Aslıhan Doğan yutub hesabında paylaşım edib.

Doğanın paylaşdığı videoda Arda öz həyat yolu, karyerası haqqında məlumat verib və futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Turan futbolçu karyerasına “Qalatasaray”da başlayıb. O, 2005-2011-ci illərdə çıxış etdiyi bu klubun heyətində 130 oyunda meydanda olub və 29 dəfə rəqib qapılarına yol tapıb. 2011-ci ildə isə o, Madrid “Atletiko”suna transfer olunub. Burada 5 il ərzində 128 dəfə oyuna çıxıb və 14 dəfə rəqib qapıçıları məyus edib. 2015-ci ildə “Barselona”ya keçən Arda 36 dəfə ispan nəhənginin formasını geyinib, 5 dəfə qol vurmağı bacarıb. 2018-ci ildə isə o, icarə əsasında “Başakşəhər” klubuna keçid edib. Burada 37 oyunda 2 qolla yadda qalıb. 2020-ci ildə isə yetişdiyi “Qalatasaray”a geri dönüb. Burada 2 il oynadıqdan sonra isə karyerasını başa vurub.

Arda Turan 100 dəfə Türkiyə milli komandasının forması ilə meydana çıxıb. O, bu matçlarda 17 qolun müəllifi olub.