Logo
news content
User
Kateqoriyalar

Xəbər

Andrey Sipilin ölkə prezidentinin köməkçisi təyin edilib

Dövlət başçısının sərəncamı ilə Andrey Sipilin Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

O, bundan öncə ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.

Yeni köməkçi uzun müddət “Pasha Holding”ə daxil olan şirkətlərdə rəhbər vəzifələr tutub. Həmçinin “Kids Entertainment” MMC və “Caspian Entertainment Company” MMC daxil olmaqla, “Pasha Holding”in bir neçə törəmə şirkətinə  rəhbərlik edib.