Logo
news content
User
Kateqoriyalar

Xəbər

Andiçmədən dərhal sonra - ABŞ-da miqrantlara qarşı reydlər başlayır

ABŞ-də yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq.

ABŞ-nin “The Wall Street Journal” nəşri xəbər verir ki, bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.

Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.

Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, tədbirlər ABŞ-dəki bütün qanunsuz miqrantlara şamil ediləcək.

Xatırladaq ki, Tramp daha əvvəl ölkə tarixindəki ən böyük deportasiya proqramına şəxsən nəzarət etmək niyyətində olduğunu bildirib.