Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anar Əsədli həbs edilib

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli oktyabrın 23-də həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və A.Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan ikisinə dəymiş ziyanın ödənmədiyi iddia edilir.