ANAMA: "Ermənistanın verdiyi mina xəritələri ilə bağlı ciddi narahatlığımız var"
08 Dekabr 2021
“Məlum olduğu kimi ötən həftə Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını da Azərbaycan tərəfinə təqdim edib. Mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin bildirmək istərdim ki, təqdim edilən formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır".
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanov deyib.
"Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilən formulyarların işğaldan azad edilən bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq", - o vurğulayıb.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir. Təqdim olunan formulyarlar hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcəkdir.