Logo
news content
User
Kateqoriyalar

Xəbər

AMB sədri FED qərarının Azərbaycana təsirindən danışdı

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarlarının Azərbaycana elə bir təsiri olamayacaq.

Bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"FED-in uçot dərəcəsi ilə bağlı qərarları bütövlükdə inkişa etmiş bazarlarda problemlər yarada bilər. O bazarlarda ki, olduqca böyük həvmdə xarici maliyyə axınları olub. Aşağı faiz dərəcələri çərçivəsində, məntiqi olaraq FED faiz dərəcələrini aşağı salanda bu vəsaitlərin geri qayıtması halları yaşana bilər", - E.Rüstəmov deyib.

O bildirib ki, bu hal bütövlükdə maliyyə bazarlarını destabilizasiya edə bilər: "Amma, bütövlükdə Azərbaycanda belə xarakterli axınlar yoxdur. Hesab edirəm ki, Azərbaycana elə bir təsiri olamayacaq".

Qeyd edək ki, yanvarın 26-da FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Komitə uzunmüddətli perspektivdə əmək bazarında maksimum məşğulluğu və inflyasiyanı 2 % səviyyəsində saxlamağı hədəfləyir.

FED fevraldan etibarən balansındakı dövlət istiqrazlarının həcmini aylıq azı 20 milyard ABŞ dolları, ipoteka ilə təmin edilmiş qiymətli kağızların isə azı 10 milyard ABŞ dolları artıracaq.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard ABŞ dollardan 30 milyard ABŞ dollara qədər azaldacaq.

Xatırlayaq ki, FED ötən ilin dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.