Logo
news content
User
Kateqoriyalar

Xəbər

AMB dələduzlarla bağlı xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar vətəndaşlara zəng edərək özünü qurumun əməkdaşı kimi təqdim edən dələduzlarla bağlı xəbərdarlıq edib.

Qurum bəyan edib ki, AMB, eyni zamanda digər bank əməkdaşları heç bir halda kart sahiblərinə kart məlumatlarına dair sorğuları zəng vasitəsilə ünvanlandırmır.

"Vətəndaşları bu növ dələduzluq hallarına qarşı diqqətli olmağa, bank kartlarına dair məlumatların əldə olunması ilə bağlı müraciətləri cavablandırmamağa, şəxsi və məxfi məlumatları üçüncü şəxslərlə bölüşməməyə səsləyirik", - deyə məlumatda qeyd olunub.