Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniyada kilsələrə örtük paylamaq təklif edildi - Enerji böhranı ciddiləşir...

Almaniyada bir neçə kilsənin rəhbərləri enerji xərclərini azaltmaq üçün tədbirlər hazırlayıblar.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Söhbət Hessen və Reynland-Pfalz federal əyalətlərindəki kilsələrdən gedir.

İsti havalarda onların rəhbərliyi açıq havada xidmətlərin təşkilini, bəzən isə xidmətlərin onlayn keçirilməsini təklif edir. Eyni zamanda, kilsəyə gələn ziyarətçilərə soyuğa qarşı bürünmək üçün örtüklərin verilməsi təklifi irəli sürülüb.

Bunda əvvəl yerli “Die Welt” qəzeti yazmışdı ki, ölkənin iqtisadiyyat naziri Robert Habekin pula qənaət etmək üçün gecə saatlarında mağaza və reklam lövhələrini söndürmək təklifi tənqid edilib. Qeyd olunur ki, bu ideya son dərəcə səmərəsizdir, çünki onu həyata keçirmək olduqca çətindir.

Xatırladaq ki, sentyabrın 1-də Almaniyada enerjiyə qənaətlə bağlı federal hökumətin fərmanı qüvvəyə minib. Pərakəndə satıcıları qapı və pəncərələri açıq saxlamamağa, həmçinin, saat 22.00-dan 06.00-a qədər vitrinləri söndürməyə məcbur edirlər.