Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya Ukraynaya 100 tank tədarük edəcək

Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynaya “IRIS-T” hava hücumundan müdafiə sistemi, Yunanıstan və Slovakiyadan 100 tank tədarük edəcəyini açıqlayıb.

Bu barədə “CNN” məlumat yayıb.

Qeyd olunub ki, Kristin Lambrext Litvaya səfəri zamanı müdafiə naziri Arvidas Anusauskas və Baltikyanı ölkədə yerləşən alman hərbçiləri ilə görüşü zamanı hökumətin planlarından danışıb. O tez bir zamanda Litvaya köçürülə bilən yeni bir briqadanın yaradılmasını elan edib:

“Biz ciddi dövrlərdə yaşayırıq və belə vaxtlarda müdafiədə boşluqlarımızın harada olduğunu bilmək də vacibdir. Hava hücumundan müdafiə də hərəkətə keçməli olduğu sahələrdən biridir”.