Almaniya Türkiyənin "Eurofighter" qırıcılarını almasının əleyhinə deyil
25 Oktyabr 2025
Almaniya Türkiyəyə "Eurofighter" qırıcı təyyarələrinin satışına mane olmayacaq.
Bunu "Airbus"ın müdafiə və kosmos üzrə baş icraçı direktoru Mişel Şoellhorn Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.
O bildirib ki, bu barədə müzakirələr artıq son mərhələyə yaxındır.
Baş icraçı direktor müzakirələrin nəticə verəcəyinə dair ümidli olduğunu bildirib.
M. Şoellhorn onu da deyib ki, Avropa müdafiə xərclərini artırmalıdır.