Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Allahın əli" və 5 milyonluq auksion - Maradonanın forması satılır

Əfsanəvi futbolçu Dieqo Maradonanın forması satılır.

Sothbey's auksion evi Dieqo Maradonanın köynəyinin satıldığı onlayn hərraca başlayıb. Argentinalı futbolçu 1986-cı ildə keçirilən Dünya Çempionatı zamanı bu formada İngiltərəyə qarşı oyuna çıxıb və iki əfsanəvi qol vurub - "əsrin qolu" və "Allahın əli".

Auksionun təşkilatçıları formaya görə qiymətin 5 milyon avronu keçəcəyinı gözləyirlər. Lot oyundan sonra Maradona ilə formalarını dəyişdirən İngiltərə millisinin keçmiş üzvü Stiv Hodc tərəfindən satışa çıxarılıb.

Amma Maradonanın böyük qızı Dalma iddia edir ki, atası hərraca çıxarılan köynəyi dünya çempionatının başqa bir matçında geyinib. Buna baxmayaraq Sothbey's Dalma Maradonanın iddialarını təkzib edərək bildirib ki, müstəqil ekspert şirkət lotun həqiqiliyini təsdiqləyib.