Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alina Kabayeva aylar sonra görüntüləndi - FOTOLAR

Məşhur rusiyalı gimnast Alina Kabayeva aylar sonra ictimaiyyət arasında görüntülənib.

“Spletnik” xəbər verir ki, 38 yaşlı Kabayeva nadir hallarda ictimaiyyət qarşısına çıxır və onun hər belə çıxışı çox sayda suallar doğurmaqla yanaşı geniş müzakirə olunur. Belə ki, o, sonuncu dəfə ötən ilin dekabr ayında “Nebesnaya qratsia” adlı turnirinin açılışı zamanı kameralar qarşısına keçmişdi.

Gimnast bu dəfə öz festivalının “VTB-Arena”da keçirilən ilk məşqinə baş çəkib. Kabayeva burada məşqçilər və iştirakçılarla bir neçə foto çəkdirib və bu fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

Bir çoxu Kabayevanın geyim tərzini müzakirə etdiyi halda, bəziləri onun adsız barmağında üzük olmasına diqqət yetirib. Qeyd etmək lazımdır ki, gimnastın barmağında belə bir üzüyün olması ilk dəfə deyil ki, nəzərə çarpır. Lakin gimnastın hazırda evli olub-olmaması məlum deyil.

Qeyd edək ki, Alina Kabayeva ilə bağlı mütəmadi xəbərlər və şayiələr yayılır. 2015-ci ilin martında xarici media yazırdı ki, gimnast İsveçrədə klinikaların birində ana olub. A. Kabayeva bu məlumatı nə təsdiq, nə də təkzib edib. Bundan əlavə, onun Rusiyanın birinci şəxsinin sevgilisi və hətta onunla vətəndaş nikahında olması barədə də şayiələr yayılır.