Logo
news content
User
Kateqoriyalar

Xəbər

Albalı-gilasa həsrət qaldıq, qarpız-yemiş neçəyə olacaq? - VİDEO

May ayında havaların nisbətən soyuq keçməsi bostan bitkilərinin yetişməsini gecikdirsə də, artıq bir neçə gündür, sahələrdən qarpız və yemişin tədarükünə başlanıb. Bu il məhsuldarlıq zəif olsa da, qiymətlər ötən ilə nisbətən fermerləri qane edir.

Öz dadlı və şirin qarpızı ilə məşhur olan Sabirabad rayonunda qarpız əkini ilə məşğul olan fermerlər sahələrdə topdan və pərakəndə satışa başlayıblar. Fermerlər qeyd edirlər ki, bu il qiymətlər ötənilkindən fərqlidir. Məhsulun Rusiya bazarına daşınması da qiymələrə təsirini gostərib.

Bənzər mənzərə Saatlı rayonunda da müşahidə olunur. Məhsul ölkə xaricinə ixrac olunduğu üçün qiymətlər fermerləri qane edir.

Sahələrdə qarpızın kilosu 35-40 qəpik arasında satılsa da, bazarda qiymət fərqlidir. Saatlı bazarında qarpızın kiloqramı məhsulun keyfiyyətinə görə 30-50 qəpik arasında, yemişin kiloqramı isə 70 qəpiklə 1 manat arsında dəyişir.

Fermerlər qarpız qiymətinin növbəti aylarda bir qədər azalma ehtimalının olduğunu bildirirlər.