Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər

İran pilotsuz uçuş aparatı (PUA) və ya raket vasitəsilə Ukraynanın paytaxtı Kiyevə zərbə endirə bilər.

Bu barədə "Al Jazeera" məlumat yayıb.

Qeyd olunub ki, texniki baxımdan bu mümkündür, çünki Kiyev və Tehran arasındakı məsafə 2000 kilometrdən (1240 mil) azdır: "Bu da İran PUA və raketlərinin çata biləcəyi məsafədir".

Qeyd edək ki, bu ehtimal İranın xarici işlər naziri Abbas Əraqçinin Ukrayna ordusunun Xəzər dənizində ticarət gəmisinə hücumunu qınaması və zərbənin cavabsız qalmayacağını qabartmasından sonra yayılıb.

Xatırladaq ki, İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, iki nəfər yaralanıb.