Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akif Nağının rəsmən partiya rəhbəri oldu

Ədliyyə Nazirliyi Azad Vətən Partiyasını dövlət qeydiyyatına alıb. Rəsmi xəbər sentyabrın 6-da yayılıb.

Azad Vətən Partiyası avqustun 17-də, əsası 1993-cü ildə qoyulmuş Qarabağ Azadlıq Təşkilatının bazasında yaradılıb. Partiyaya Akif Nağı sədrlik edir. Akif Nağı 1957-ci ildə doğulub. Tarix elmləri namizədidir. Qarabağ Azadlıq Hərəkatının İdarə Heyətinin üzvü, həmsədri, Qarabağ Azadlıq Təşkilatının sədri olub.

“Siyasi partiyalar haqqında” qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 60 partiya dövlət qeydiyyatındadır.

Qeydiyyat illəri:

1992-ci il – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;

1993-cü il – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;

1994-cü il – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;

1995-ci il – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;

1998-ci il – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;

1999-cu il – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;

2000-ci il – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;

2002-ci il – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;

2005-ci il – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;

2007-ci il – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;

2008-ci il – Azərbaycan Milli Demokrat Partiyası;

2009-cu il – Aydınlar Partiyası;

2011-ci il – Milli Dirçəliş Hərəkatı Partiyası;

2020-ci il – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası;

2021-ci il – Azərbaycan Yüksəliş Partiyası, Haqq-Ədalət Partiyası;

2022-ci il – Yeni Yol Partiyası, Azad Vətən Partiyası. (Novator)