Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akar və Şoyqu Ukraynadakı vəziyyətdən danışdılar

Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər Ukraynada ərzaq sazişinin həyata keçirilməsi, müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

H.Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədə sülhün və sabitliyin bərpası üçün Ukraynada dərhal atəşkəs əldə edilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını xatırladıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynada diplomatik nizamlanmanın mümkünlüyü və Ankaranın bu prosesdə mümkün vasitəçiliyini müzakirə etməyi planlaşdırır.

Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın “TV24” telekanalının efirində bildirib.

“Türkiyə hesab edir ki, diplomatiyanın qapıları həmişə açıq saxlanılmalıdır. Bu günə qədər Ankara, Ukraynada nizamlanma üçün yol xəritəsi təklif edə bilən yeganə ölkədir. Zelenski ilə Putini danışıqlar masası arxasına gətirə biləcək yeganə lider olan prezidentimiz Ukraynada diplomatik nizamlanma və bu prosesdə vasitəçilik imkanlarını müzakirə etmək niyyətindədir”- deyə, o bildirib.