Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Air Moldova"ya Moskvaya uçuşları bərpa etmək qadağan edildi

Moldova Mülki Aviasiya İdarəsi “Air Moldova” və digər milli aviadaşıyıcılara Moskvaya uçuşları bərpa etməyi qadağan edib.

Reuters xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu deyib.

Onun sözlərinə görə, qərar “təhlükəsizliyi təmin etmək məqsədilə” verilib.

Qadağa artıq  qüvvəyə minib.