Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ sammiti Rusiyanın başladığı müharibəni müzakirə edəcək

Euronews müxbiri Andrey Beketov Brüsseldən xəbər verir: Rusiyanın Ukraynaya müdaxiləsinə birgə cavab vermək üçün cümə axşamı Avropa İttifaqının təcili sessiyası çağırılıb.

Böyük ehtimalla birinci məsələ bu olacaq: Kiyevə kəşfiyyat materialları, maddi və maliyyə köməyi, ən əsası isə silah yardımı edilməlidirmi. Almaniya silah yardımına qarşı çıxır və mövqeyində qətidir.

İkinci məsələ: Moskvaya qarşı sanksiyalar genişlənəcəkmi? Maliyyə xarakterli tədbirlərə qarşı hamıdan çox İtaliya qarşı çıxır. İtaliya, eləcə də Fransa və Avstriya bankları Rusiyaya verdikləri krediti itirmək istəmirlər. Bundan əlavə, Macarıstan sanksiya paketinin ikinci hissəsinin qəbul edilməsi ilə bağlı ehtiyatlı davranır. Amma bu, Rusiyanın bugünkü təcavüzünə qədər idi. Dünyada vəziyyət pisləşəndə isə Aİ birləşir.

Üçüncü məsələ Ukraynadan qaçqın axını ilə vağlı olacaq. Fransa bildirir ki, bu, Avropa İttifaqının üzərində ağır yük ola bilər və bəzi ölkələr bunu bölüşməlidirlər.

Nəhayət, dördüncüsü Sammitdə Aİ ilə Rusiya arasındakı münasibətlərin bitməsi təsdiq edilə bilər. Aİ liderləri və onların müşavirləri bəyan edirlər ki, Putin geriyə qayıdılması mümkün olmayan xətti keçib. Onlar qeyd edirlər ki, bu müharibə uzun illər ağır nəticələrini göstərəcək və Rusiya beynəlxalq aləmdən təcrid olunacaq.