Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin XİN başçılarının görüşü başlayır
15 Noyabr 2021
Bu gün Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
İclas zamanı iştirakçılar ittifaqla üzv ölkələr arasında tərəfdaşlığın yüksəldilməsinə dair fikir mübadiləsi aparacaqlar.
Aİ Şurasının yaydığı məlumata görə dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində təşkil olunmuş görüş zamanı idarəetmə, investisiya, həmçinin, dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacaq.
Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Gürcüstan xarici işlər naziri David Zalkaliani təhlükəsizlik çağırışlarına fokuslanacaq və həmkarları ilə Aİ-nin "Şərq Tərəfdaşlığı" regionunda rolunun və iştirakının gücləndirilməsi məsələsini müzakirə edəcək.