Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ gələn həftə Ukraynaya 18 milyard avroluq yardım planını təqdim edəcək

Gələn həftə Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təqdim edəcəyik.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.

“Prezident Zelenski ilə yaxşı telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik”, - o qeyd edib.

Daha əvvəl “Politico” mənbələrə istinadən xəbər verib ki, Avropa İttifaqı Kiyevə 2023-cü il üçün büdcə yardımı proqramının əhəmiyyətli hissəsini, yəni 18 milyard avroya qədər kredit şəklində təqdim etmək niyyətindədir.